mhib.org
MÜƏLLİFLƏR +
 
 


1. «Musiqili Əsər Müəlliflərinin Əmlak Hüquqlarının İdarəçiliyi» İctimai Birliyi necə təşkilatdır və nə üçün yaradılıb?

Birlik musiqili əsər müəlliflərinin və ya hüquq sahiblərinin əmlak hüquqlarının təmin edilməsi məqsədilə bu hüquqların kollektiv əsasda idarəçiliyini həyata keçirir və Qeyri-Hökumət Təşkilatı (QHT) formasında yaradılmışdır.
Mahnı bəstələmək, şer yazmaq çox çətindir və yaradıcı əmək tələb edir. Yaradıcı əməyin nəticəsi olan əsərlərdən istifadə edilərkən istənilən digər əmək növləri kimi müəlliflərin də haqqı ödənilməlidir. Müəllif qonorarı müəlliflərin əmək haqqıdır.
Müəlliflər praktik olaraq əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirə bilmirlər. Hər hansı bir bəstəkar və ya şair çoxsaylı istifadəçilər tərəfindən və ölkənin müxtəlif yerlərində onların açıqlanmış əsərlərindən hansı üsullarla istifadə edilməsini izləyə və heç də həmişə özlərinə çatacaq qonorarı yığa bilmirlər. Əgər müəllifin əsəri ölkəmizin müxtəlif yerlərində və müxtəlif üsullarla istifadə edilirsə, onda müəllif əsərin istifadəsinə görə özünə çatacaq qonorarı fiziki cəhətdən tək başına yığa bilməz.
Qeyd edilən boşluğu aradan götürmək üçün milli müəllif-hüquq qanunvericiliyində müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədi ilə onların kollektiv əsasda idarəetmə təşkilatlarının yaradılması təsbit edilmişdir.
Musiqili əsər müəlliflərinin və ya hüquq sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən «Musiqili Əsər Müəlliflərinin Əmlak Hüquqlarının İdarəçiliyi» İctimai Birliyi müəlliflərin gördükləri yaradıcı işlərin əvəzini verə bilmək, onlara çatacaq qonorarları yığmaq və sahiblərinə ödəmək üçün yaradılıb.

2. Birliyin hansı orqanları vardır?

Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır.
Birliyin fəaliyyətinə cari rəhbərliyi kollegial icra orqanı olan İdarə Heyəti həyata keçirir. İdarə Heyəti Birliyin Sədrindən, onun müavinindən və digər şəxslərdən ibarətdir.
Birliyin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti Nəzarət-təftiş komissiyası (NTK) həyata keçirir.

3. Birliyin idarəçiliyində müəlliflər hansı formalarda iştirak edirlər?

Birliyin üzvü olan müəlliflər və ya müəlliflik hüquq sahibləri Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində aşağıda göstərilən formalarda iştirak edə bilərlər:
2 Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
3 Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
4 Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
5 öz mənafelərinin müdafiəsinə hüquqi və ya digər formada kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
2 onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək;
3 Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

4. Birlik üzvlərinin hansı vəzifələri vardır?

Birlik fərdi üzvlük, könüllülük, üzvlərin hüquq bərabərliyi əsasında yaradılır və demokratik əsaslarla fəaliyyət göstərir.
Birliyin üzvlərinin vəzifələri:
4 Birliyin Nizamnaməsinə əməl etmək;
5 Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
6 Nizamnamə tələblərinə riayət etmək;
7 Birliyin tədbirlərində iştirak etmək.

5. Birliyə necə üzv olmaq olar?

Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.
Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyəti üzvlərinin yarısından çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

6. Müəlliflər Birliyə hansı hüquqları verir?

Birliyin üzvü olan və ya Birliklə müqavilə bağlamış müəlliflər Müqavilə imzalananadək və Müqavilənin qüvvədə olduğu müddətdə yaratdığı əsərlərinin istifadəsi üzrə əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini Birliyə verir.
Müqavilənin predmetini təşkil edən əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin hərtərəfli təmini üçün Müəllif özünəməxsus əsərlərin kütləvi ifasına, efirlə bildirişinə, müxtəlif daşıyıcılarda surətçıxarmaya, yazılmaya və sair üsullarla istifadəsinə müstəsna hüquqları Birliyə verir.

7. Əsərlərin Birlikdə «qeydiyyatı» nə üçün lazımdır?

Musiqili əsər müəllifləri öz əsərlərini qonorarların düzgün və mütəmadi bölüşdürülməsi üçün Birlikdə qeydiyyatdan keçirməlidir. Əgər hər hansı bir səbəbdən Müəllif öz yeni əsərini qeydiyyatdan keçirməmişsə, onda Birlik belə əsərlərə əmlak hüquqlarının idarəçiliyini həmin əsər haqqında məlumat ona çatan andan həyata keçirir.
Əsərin qeydiyyatı zamanı Müəllif janrından asılı olaraq əsərin klavirini, mətnini, əsərin yazıldığı kaseti və s. maddi daşıyıcı nüsxəsini təqdim etməli və xüsusi qeydiyyat formasını doldurmalıdır.

8. Müqaviləyə əsasən Müəllifin huquqları.

Müqaviləyə əsasən Müəllifin aşağıdakı hüquqları vardır:
8 əsərlərin müxtəlif daşıyıcılarda surətçıxarma və yayımı, kütləvi ifası, kütləvi bildirişi və s. üsullarla istifadəsinə görə qonorar almaq;
9 müəlliflik hüquqlarına, onun şərəf və ləyaqətinə qəsd edildiyi hallarda Birliyin müdafiəsindən istifadə etmək;
10 əsərlərdən fərdi əsaslarla istifadə zamanı hüquqların verilməsində hüquqi yardım almaq;
11 müəlliflik hüquqlarının pozulması zamanı Birlikdən hüquqları pozan və pozmaq təhlükəsi yaradan hərəkətlərin qarşısının alınmasını və dəymiş zərərin ödənilməsini təmin etmək məqsədilə məhkəməyə iddia verilməsini tələb etmək.

9. Müqaviləyə əsasən Müəllifin vəzifələri.

Müqaviləyə əsasən Müəllifin aşağıdakı vəzifələri vardır:
12 Birliyə təminat verir ki, Birliyin idarəçiliyinə verdiyi əsərlər ona məxsusdur;
13 Onun əsərə olan hüquqları üçüncü şəxslərin hüquqlarını pozmur;
14 Birliyin Nizamnaməsinin tələblərinə əməl etmək;
15 Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək və onun tədbirlərində iştirak etmək;
16 Müqavilə imzalanan tarixdən faktiki mövcud olan və yeni yaradılan əsərləri haqqında tam və dolğun məlumatı mütəmadi olaraq əsərlərin nüsxələri ilə birlikdə Birliyə təqdim etmək.

10. Müqaviləyə əsasən Birliyin hüquqları.

Müqaviləyə əsasən Birliyin aşağıdakı hüquqları vardır:
17 idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya vermək;
18 lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırmaq;
19 lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırmaq və qonorarları yığmaq;
20 verilmiş lisenziyalar üzrə nəzərdə tutulmuş qonorarları yığmaq;
21 idarə etdiyi hüquqların qorrunması üzrə vacib olan digər hüquqi hərəkətlərin həyata keçirilməsi;
22 müəlliflik hüququ pozulmuş üzvün adından məhkəmədə iddia qaldırmaq;
23 isdifadəçilərdən istifadə edilmiş əsərlər və gəlirləri haqqında proqram və digər zəruri sənədləri almaq və qonorarı vaxtında ödəməyi tələb etmək;
24 yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkilən xərcləri ödəmək üçün lazım olan məğləbi, həmçinin müəlliflərin və müəlliflik hüquq sahiblərinin razılığı və maraqları əsasında bu təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönədilən məbləğləri çıxmaq.

11. Müqaviləyə əsasən Birliyin vəzifələri.

Müqaviləyə əsasən Birliyin aşağıdakı vəzifələri vardır:
25 Yığılan qonorarları qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkilən xərcləri və xüsusi fondlara yönədilən məbləğləri çıxmaqla əsərlərin faktiki istifadəsinə uyğun şəkildə bölmək və müntəzəm olaraq müəlliflərə və ya hüquq sahiblərinə ödəmək;
26 Qonorarları ödəməklə bərabər müəlliflik hüquqlarının sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək;
27 Birliyin üzvlərinə və ya onların hüquq varislərinə əsərlərdən fərdi əsaslarla istifadə olunması zamanı hüquqların verilməsinə yardım etmək;
28 Dövlət orqanlarında, idarələrdə, müəssisələrdə, firmalarda, ictimai təşkilatlarda və s. qurumlarda Birlik üzvlərinin və ya onların varislərinin qanuni maraqlarını təmsil etmək.

12. Müəllif Birliklə və Birlik Müəlliflə müqaviləni poza bilərmi?

Tərəflər Müqavilənin müddətindən asılı olmayaraq 5 (beş) ay qabaqcadan yazılı xəbərdarlıq etməklə bu Müqaviləni poza bilərlər.

13. Birlik müəlliflik hüquqlarını necə idarə edir?

Müəlliflər Birliyə üzv olmaqla və ya Birliklə müqavilə bağlamaqla əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini Birliyə verirlər. Birlik əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi üzrə müəlliflərdən alınmış və Birliyin üzvü olmayan və Birliklə müqavilə bağlamamış eyni kateqoriya müəlliflər və hüquq sahibləri də daxil olmaqla müəllif-hüquq qanunvericiliyinə uyğun olaraq əldə etdiyi səlahiyyətlərə əsasən İstifadəçilərlə Lisenziya Müqavilələri imzalamaqla qanunvericiliyə uyğun şəkildə mətnli və ya mətnsiz musiqili əsərlərdən istifadəyə görə onlara lisenziya verir.
Eyni kateqoriyadan olan İstifadəçilərlə bağlanan müqavilələrdəki şərtlər (qonorar məbləğləri istisna olmaqla) eyni olmalıdır.
Birlik kollektiv əsasda idarə etmə təşkilatı kimi Müqavilə ilə nəzərdə tutulan şərtlər daxilində İstifadəçiyə Birliyin repertuarına aid açıqlanmış mətnli və ya mətnsiz musiqili əsərlərin istifadəsinə qeyri-müstəsna icazə (lisenziya) verir. İstifadəçi bu icazəyə uyğun olaraq açıqlanmış mətnli və ya mətnsiz musiqili əsərlərin istifadəsinə görə Birliyə Müqavilə ilə razılaşdırılmış məbləğdə müəllif qonorarı ödəməlidir. Müəllif qonorarının məbləği ümumi gəlirin müəyyən faizi, bilet satışından əldə edilən gəlirin faizi, konkret məbləğlə və sair yollarla müəyyənləşdirilir. İstifadəçi qonorarı ödəməklə bərabər istifadə olunmuş əsərlər haqqında məlumatları da xüsusi formada Birliyə təqdim etməlidir. Bu məlumatlar Birliyə ödənilən qonorarın əsərlərindən istifadə olunmuş müəllifləri və ya hüquq sahiblərinin düzgün olaraq müəyyən edilməsində və qonorarın vaxtında onlara ödənilməsində əhəmiyyətli rol oynayır.
İstifadəçilərə açıqlanmış mətnli və ya mətnsiz musiqili əsərlərin istifadəsinə görə lisenziya müəllif-hüquq qanunvericiliyinə uyğun olaraq Birlik tərəfindən bütün hüquq sahiblərinin adından (Birliyin üzvü olmayan və müqavilə bağlamamış müəlliflər də daxil olmaqla) verilir.
Açıqlanmış mətnli və ya mətnsiz musiqili əsərlərindən istifadə olunmaqla keçirilən tədbirlər müəlliflərin ona birbaşa icazəsi olduqda və ya həmin tədbirin təşkilatçısı Birliklə Lisenziya Müqaviləsi bağladıqda qanuni sayılır.
İstifadəçi Lisenziya Müqaviləsinə edilən xüsusi Əlavələri istifadə olunan əsərlərin və onların müəlliflərinin adını düzgün göstərməklə doldurmalı və müəyyən olunmuş miqdarda qonorarı Birliyə ödəməlidir. Müəllif qonorarını ifaya görə ifaçılara ödənilən haqla eyniləşdirmək olmaz.
Açıqlanmış mətnli və ya mətnsiz musiqili əsərlərdən istifadəyə görə bütün istifadəçilərdən yığılan müəllif qonorarı Birlikdə toplanır və bölünərək müəlliflərin hesabına köçürülməklə və ya nəqd qaydada onlara ödənilir.

14. Hansı hallarda Birliyin razılığı olmadan kütləvi ifa mümkündür?

Azərbaycan Respublikası «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunun 21-ci maddəsinə görə müəlliflərin və digər hüquq sahiblərinin razılığı olmadan və müəllif haqqı verilmədən rəsmi və dini mərasimlərdə, həmçinin dəfn mərasimlərində qanuni dərc edilmiş musiqili əsərlərin belə mərasimlərin xarakterinə uyğun həcmdə kütləvi ifasına yol verilir.

15. Kimlər müəllif qonorarı ödəyicisi sayılır?

Musiqili əsərlərin kütləvi ifasını həyata keçirən və ya təşkil edən bütün hüquqi və fiziki şəxslər əsərlərin kütləvi ifasına görə müəllif qonorarının ödəyiciləri hesab edilirlər. Teatrlar, konsert və sirk birlikləri, ifa kollektivləri, Filarmoniya, klublar, Mədəniyyət evləri və Saraylar, Zabitlər evi, Hərbi ansambl və orkestrlər, diskotekalar və rəqs meydançaları, parklar, bağlar, stadionlar, idman və kinokonsert zalları, kinoteatrlar və videosalonlar, bar, kafe, restoranlar, şadlıq evləri və digər pansionatlar, istirahət evləri və sanatoriyalar, məişət evləri, sərnişinnəqliyyat, səsyazma studiyaları, internet vasitəsi ilə musiqili əsərlərin yayımını həyata keçirən hüquqi və ya fiziki şəxslər və yayım təşkilatları (televiziya-radio təşkilatları) musiqili əsər istifadəçiləri kateqoriyasına daxildirlər və musiqili əsərlərdən istifadəyə görə müəllif qonorarı ödəməlidirlər.
Yayım (satmaq, kirayəyə vermək və sair üsullarla yaymaq) məqsədilə əsərlərin sənaye üsulu ilə elektron və mexaniki yazılma şəklində surətinin çıxarılmasını həyata keçirən və həmçinin fərdi sifariş əsasında əsərlərin tək-tək nüsxələrini hazırlayan bütün hüquqi və fiziki şəxslər əsərlərin surətinin çıxarılmasına görə qonorar odəyiciləri hesab edilirlər.

16. İstifadəçilərin hansı vəzifələri var?

İstifadəçilər birinci növbədə Birliklə mətnli və ya mətnsiz musiqili əsərlərdən istifadəyə görə Lisenziya Müqaviləsi bağlamalıdırlar.
Müqavilədə göstərilmiş müddətlərdə İstifadəçi istifadə olunan əsərlər haqqında məlumatları özündə əks etdirən sənədləri Birliyə təqdim etməli və hesablanmış müəllif qonorarını Birliyin hesabına köçürməlidir.
İstifadəçi əsərlərdən istifadəyə görə müəllif qonorarının hesablanması ilə əlaqədar bütün sənədləri yoxlanmaq üçün Birliyin səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. İstifadəçi eyni zamanda Birliyin səlahiyyətli nümayəndələrinin tədbirin keçirildiyi obyektə sərbəst giriş və çıxışını təmin etməlidir.

17. Birliklə İstifadəçilər arasında Lisenziya Müqaviləsi bağlanarkən müəllif qonorarının miqdarı necə müəyyənləşdirilir?

Əsərlərdən istifadəyə görə ödənilməli müəllif qonorarının konkret miqdarı İstifadəçi ilə Birlik arasında bağlanmış Lisenziya Müqaviləsilə müəyyənləşdirilir. Bu zaman Lisenziya Müqaviləsində nəzərdə tutulan müəllif qonorarının məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli, 38№-li Qərarı ilə müəyyən edilmiş minimum hədlərdən aşağı göstərilə bilməz. Nazirlər Kabinetinin məlum Qərarında nəzərdə tutulmuş müəllif qonorarlarının minimum dərəcələri əsas götürülməklə və minimum dərəcələrdən aşağı olmamaqla əsərlərdən istifadəyə görə ödənilməli müəllif qonorarının konkret məbləği, sərbəst şəkildə Birliklə İstifadəçi tərəfindən müəyyənləşdirilir. Hər hansı bir İstifadəçi ilə Lisenziya Müqaviləsində ödənilməli qonorar məbləğinin miqdarı razılaşdırılarkən müəllif-hüquq qanunvericiliyinin tələbləri, Azərbaycan Respublikasının müəllif-hüquq sahəsində iştirakçısı olduğu beynəlxalq kolnvensiya və müqavilələrlə üzərinə götürdüyü öhdəliklər, Birliyin idarəçiliyi ilə məşğul olduğu hüquqlar sahəsində fəaliyyət göstərən analoji xarici ölkə təşkilatları ilə imzaladığı ikitərəfli müqavilələr, günün reallıqları, İstifadəçinin imkanları, və sair amillər nəzərə alınmalıdır.
Qeyd edilənlərə uyğun olaraq Birlik və İstifadəçi arasında bağlanan Lisenziya Müqaviləsində Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli, 38 №-li Qərarı ilə müəyyən edilmiş minimum tarif dərəcələrindən daha yüksək qonorar məbləğləri müəyyənləşdirilə bilər.

18. Birlik konsert tədbirləri ilə bağlı nə etməlidir?

Birlik keçiriləcək konsert tədbirləri haqqında əvvəlcədən məlumatlar əldə etməli, kollektiv əsasda idarəetmə təşkilatı kimi müəllif-hüquq sahibləri adından musiqili əsərlərdən istifadəyə görə icazə (lisenziya) verməli və ödənilməli qonorarın miqdarını, onun ödənilmə müddəti və qaydalarını qanunvericiliyə uyğun olaraq İstifadəçi ilə razılaşdırmalıdır. Ölkədə keçirilən konsert tədbirləri haqqında məlumatlar Birliyin səlahiyyətli əməkdaşları (müfəttişlər) tərəfindən toplanır və Birliyə təqdim edilir.

19. Giriş pulsuz olan yerlərdə əsərlərin kütləvi ifasına görə müəllif qonorarı ödənilməlidirmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında 02 may 1997-ci il tarixli, 38 №-li Qərarının 4-cü Əlavəsinin 24-cü bəndində göstərilir ki, əsərlərin kütləvi ifasına görə müəllif qonorarı tamaşaçılar (dinləyicilər) üçün giriş istər pullu, istərsə də pulsuz olan bütün hallarda öədənilməlidir. Əsərlərin kütləvi ifası pulsuz girişlə muzeylərdə, kitabxanalarda və təhsil ocaqlarında həyata keçiriən və əsərlərin kütləvi ifası tamaşaçılar üçün giriş pulsuz olan və ifaçılara hər hansı pul odənişi nəzərdə tutulmayan hallarda müəllif qonorarı hesablanmır.
Əsərlərin pulsuz girişlə rəqs meydançalarında və diskotekalarda kütləvi ifasına görə müəllif qonorarı ifaçılara çatacaq əmək haqqından 5% miqdarından az olmamaqla hesablanır. (NK-nin Qərarı, Əlavə 3, b.21)
Musiqili əsərlərdən istifadəyə görə giriş haqqı götürülməyən digər yerlərdə müəllif qonorarı hesablanarkən NK Qərarının 3-cü Əlavəsinin 31-ci bəndi ilə müəyyən edilmiş tarif dərəcəsi (şərti maliyyə vahidinin 16 misli) əsas kimi götürülməlidir.

20. Müəlliflik hüququnun obyekti olmayan əsərlər.

Dövlət rəmzləri və nişanları (bayraqlar, gerblər, himnlər, ordenlər, pul nişanları digər dövlət rəmzləri və nişanları), rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və məhkəmə xarakterli mətnlər), həmçinin onların rəsmi tərcümələri, xalq yaradıcılığı əsərləri, hadisələr və faktlar haqqında informasiya xarakterli məlumatlar müəlliflik hüququnun obyekti hesab edilmir.

21. Qorunan və qorunmayan əsərlərin kütləvi ifasına görə müəllif qonorarı nejə hesablanır?

Əsərlərin və proqramların kütləvi ifasına, kütləvi nümayişinə və radio-televiziya verilişləri vasitəsilə efir bildirişinə görə Azərbaycan dövlətinin ərazisində həmin fəaliyyət növü ilə məşğul olan tabeçiliyindən və mülkiyyət növündən asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəməlidirlər.
Müəlliflik hüququ ilə qorunan və qorunmayan əsərlərdən ibarət olan konsert, şou və s. proqramların (o cümlədən dram əsərlərini müşayiət edən musiqinin) kütləvi ifasına görə Birliklə İstifadəçi arasında bağlanmış Lisenziya Müqaviləsində NK-nın 02. 05. 97-ci il tarixli, 38 №-li Qərarının 3-cü Əlavəsində nəzərdə tutulmuş tarif dərəcələrinə uyğun qaydada müəyyən edilmiş müəllif qonorarı tam həcmdə hesablanır.
Əgər opera, balet və operettanın musiqisi müəlliflik hüququ ilə qorunursa, libretto qorunmursa, yaxud əksinə, müəllif qonorarı yalnız müəlliflik hüququ ilə qorunan əsərə görə (musiqi və ya libretto) hesablanır.
Xalq yaradıcılığı əsərləri, vərəsələri olmayan və vəfat etmiş müəlliflərin qorunma müddəti keçmiş əsərləri, müəlliflik hüququ üzrə beynəlxalq müqavilə və konvensiyalarda iştirak etməyən ölkələrin vətəndaşlarının əsərləri müəlliflik qonorarı hesablanarkən müəlliflik hüququ ilə qorunmayan əsərlər hesab edilir.
Müəlliflik hüququ ilə qorunmayan, habelə müəlliflik hüququ dövlət tərəfindən alınan əsərlərə görə hesablanmış qonorar məbləği mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür.

22. Hüquq sahiblərinin razılığı olmadan əsərləri mexaniki daşıyıcılarda yazmaqla buraxmaq olarmı?

Hüquq sahiblərinin razılığı olmadan əsərlərin mexaniki daşıyıcılarda surətinin çıxarılması müəllif-hüquq qanunvericiliyinin pozulmasına səbəb olur. Musiqili əsərlərin mexaniki daşyıcılarda (kompakt-kaset, kompakt-disk və s.) surətçıxarılması üçün Birlikdən icazə (lisenziya) alınmalıdır.
Bundan başqa, əgər hüquq sahibi Birliyin üzvü deyildirsə, onunla birbaşa müqavilə imzalamaqla əsərlərin mexaniki daşıyıcılarda surətçıxarılmasına icazə almaq olar.
Başqasının fonoqramı surətçıxarma yolu ilə çoxaldılırsa, bu zaman əlaqəli hüquq sahiblərindən də icazə almaq lazımdır.

23. İstifadəçilər əsərlərin səsyazılması şəklində mexaniki daşıyıcılarda surətçıxarılmasına Birlikdən necə icazə almalıdırlar?

Mətnli və ya mətnsiz musiqili əsərlərin səsyazılması şəklində mexaniki daşıyıcılarda surətçıxarılmasını həyata keçirən bütün İstifadəçilər Birliklə Lisenziya Müqaviləsi bağlamalıdırlar. Birliklə Lisenziya Müqaviləsini imzaladıqdan sonra İstifadəçi hər bir mexaniki yazılma daşıyıcısına daxil edilən əsərlərin səs yazılması şəklində sənaye üsulu ilə surətinin çıxarılmasına və yayılmasına Sifariş verərək icazə almalıdır.

24. Birlik hansı mənbəələr hesabına maliyyələşir?

Birlik əmlak hüquqlarını kollektiv əsasda idarəetmə təşkilatıdır və dövlət büdcəsi hesabına maliyyələşmir. Yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə Birliyin çəkdiyi xərci ödəmək üçün edilən ayırmalar, həmçinin təsisçilərin və ya üzvlərin müntəzəm və ya birdəfəlik olaraq Birliyə ödədikləri üzvlük haqları, idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri, Birliyin əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər, qrantlar, sərgilərdən və digər tədbirlərdən əldə olunan gəlirlər, qanunvericiliklə qadağan edilməmiş digər gəlirlər Birliyin əsas maliyyə mənbəələrini təşkil edir.

25. Müəllif qonorarından neçə faiz xidməti ayırmalar edilir?

Birliyin İdarə Heyəti iclasınının 1 iyul 2004-cü il tarixli Qərarına əsasən musiqili əsərlərdən istifadəyə görə yığılmış qonorardan ayırmaların həcmi aşağıdakı qaydada müəyyən edilmişdir:
1 surətçıxarılması (maddi daşıyıcılarda yazılması daxil olmaqla) və yayımına görə yığılmış qonorardan- 25%;
2 musiqili əsərlərin efirlə bildirişinə görə yığılmış qonorardan- 25%;
3 musiqili əsərlərin restoran, kafe, bar, diskotekalarda, klublarda, şadlıq evlərində və s. iaşə obyektlərində kütləvi ifasına görə yığılmış qonorardan- 30%;
4 musiqili əsərlərin konsert, şou, festival və s. bu kimi tədbirlərdə kütləvi ifasına görə yığılmış qonorardan- 25%;
5 opera, balet və operettanın opera və balet tamaşalarında istifadəsinə görə yığılmış qonorardan- 20%;
6 musiqili əsərlərdən şəxsi məqsədlər üçün istifadəyə (surətçıxarmaya) görə yığılmış qonorardan- 30%.

26. Əgər istifadəçi müəllif qonorarını ödəməkdən imtina edərsə Birlik hansı tədbirləri görməlidir.

Bütün istifadəçilər musiqili əsərlərdən istifadəyə görə Birliklə Lisenziya Müqaviləsi bağlamalıdırlar. İstifadəçi musiqili əsərlərdən istifadəyə görə Lisenziya Müqaviləsində razılaşdırılmış məbləğdə və qaydada müəllif qonorarını Birliyin hesabına köçürməlidir.
Musiqili əsərlərdən istifadəyə görə Lisenziya Müqaviləsi bağlamaqdan imtina edərək qonorar ödəməyən İstifadəçi təşkilatlara əvvəlcə yazılı şəkildə müraciət edilir. Əgər istifadəçi qonorar ödəməkdən imtina edərsə, Birlik əvvəlcə məsələni danışıqlar yolu ilə həll etməyə çalışır.
Əgər danışıqlar prossesində heç bir nəticə əldə olunmasa, iddia ərizəsi hazırlanır və material cavabdehin yerləşdiyi yerin məhkəməsinə göndərilir.

27. Birliyin icra strukturu necə formalaşdırılıb və hansı işlər həyata keçirilir?

Birliyin İdarə Heyəti özünün icra strukturuna daxil olan Hüquq Departamentini (HD) və Qeydiyyat və Qonorar Departamentini (QQD) yaratmışdır. HD və QQD-e departament rəislərindən və departamentlərin müvafiq şöbələrindən ibarətdir.
Birliyin cari fəaliyyətinin qanunvericiliyə uyğun şəkildə qurulması üçün HD tərəfindən müəllif və ya müəllif-hüquq sahibləri ilə əmlak hüquqlarının Birliyin kollektiv idarəçiliyinə verilməsi haqqında müqavilə layihələri, istifadəçi təşkilatlarla musiqili əsərlərdən istifadəyə görə bağlanılmalı Lisenziya Müqavilələrinin layihələri, pretenziya və iddia ərizələrinin formaları və sair hüquqi sənədlərin layihələri hazırlanmışdır. Bunlardan başqa Birliyin bütün məhkəmə işləri HD-nin hüquqşünasları tərəfindən həyata keçirilir və müəllif-hüquq məsələri ilə bağlı müraciət etmiş müəlliflərə hüquqi məsləhətlər verilir, onlara hər cür hüquqi yardım göstərilir.
Birliyin kargüzarlıq işi, xarici ölkələrdə fəaliyyət göstərən analoji kollektiv idarəetmə təşkilatlarla əlaqələrin qurulması, onlarla yazışmalar və sair işlər da HD tərəfindən həyata keçirilir.
Birliyin mühasibatlıq işləri, müəllif və ya müəllif-hüquq sahiblərinin, əsərlərin, istifadəçi təşkilatların qeydiyyatı, qonorarın yığımı, bölgüsü və müəllif və ya müəllif-hüquq sahiblərinə ödənişi Birliyin QQD-nin əməkdaşları tərəfindən həyata keçirilir. QQD-e musiqili əsər istifadəçiləri hesab olunan hüquqi və ya fiziki şəxsləri aşkar edir, onlarla Lisenziya müqavilələrinin bağlanılmasını təşkil edir və Birliklə Liensiya Müqaviləsi bağlamış istifadəçi təşkilatlar tərəfindən müqavilə öhdəliklərinə əməl edilməsinə nəzarəti həyata keçirir.

28. Birlik müəllif-hüquq pozucularına qarşı hansı sanksiyaları tətbiq edə bilər?

Mövcud müəllif-hüquq qanunvericiliyinə uyğun olaraq məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakıları tətbiq edə bilər:
a) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;
b) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə şərti maliyyə vahidinin 100 mislindən 50 min mislinədək məbləğdə kompensasiya ödənilməsi.

29. Müəllif hüquqlarının pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulurmu?

Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Cinayət Məcəlləsinin 165-ci maddəsində müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozmaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozmaya görə, cinayət törətmiş şəxs 165.1-ci maddəyə görə şərti maliyyə vahidi məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə və 165.2-ci maddəyə görə isə şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

30. Müəllif-hüquq sahəsində fəaliyyət göstərən təşkilatların birləşdiyi beynəlxalq təşkilat varmı?

Bəli. Bu təşkilat Müəlliflər və Bəstəkarların beynəlxalq konfederasiyası olan CIZAK- dır.
CIZAK 1926-cı ildə yaradılıb və özündə 109 ölkənin 2 milyondan çox müəllifini əhatə edən 209 cəmiyyət birləşdirir.
CIZAK-ın fəaliyyəti öz üzvüləri olan jəmiyyətlərin müəlliflərinin hüquqlarının idarəçiliyinin praktiki jəhətdən daimi olaraq inkişafı və sistemləşdirilməsi sahəsində istiqamətləndirilib.
CIZAK YUNESKO-da, UƏMT-də, Avropa Birliyində rəsmi olaraq akkreditləşdirilmişdir və bu akkreditləşdirməni müəlliflərin maraqlarının müdafiəsində istifadə edir.

31.Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Təşkilatlar və qoşulduğu Konvensiyalar.

Azərbaycan Respublikası 1995- ci ildə Ümumdünya Əqli mülkiyyət Təşkilatına üzv olmuşdur.
1997- ci ildə “Muəllif huququ haqqında” Ümumdünya Konvensiyasına, 1998- ci ildə “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına, 2001- ci ildə ÜƏMT- nın “Fonoqram istehsalcılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında” Konvensiyaya və 2005- ci ildə “İfaçıların, fonoqram istehsalçıların və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında” Roma Konvensiyasına qoşulmuşdur.

32. Müəlliflik hüququnun obyektləri hansılardır?

Müəlliflik hüququ əsərin məqsədindən, səviyyəsindən və ifadə formasından asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan elmi, ədəbi və incəsənət əsərləridir.
Əsərin hissəsi (onun adı da daxil olmaqla) yuxarıda göstərilən şərtlərə əməl edilməklə eyni məna ifadə edirsə, deməli o müəllif-hüquq obektidir.
Müəlliflik hüququ ideyaları, metodları, prossesləri, sistemləri, üsulları, prinsipləri, mənafeləri və faktları əhatə etmir.

33. Müəllif hüquqlarının hər hansı bir xüsusi qeydiyyatı lazımdıpmı?

Elmi, ədəbi və incəsənət əsərlərinə müəlliflik hüququ əsər yarandığı andan yaranır. Əsərə müəlliflik hüququnun yaranması üçün hər hansı bir qeydiyyata və digər formal hərəkətlərə ehtiyac yoxdur.

34. Müəlliflik hüququnun qorunma nişanı nədir?

Mustəsna muəlliflik huququnun sahibinin əsərə oz huquqlarını bildirməsi ucun hər hansı nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan muəlliflik huququnu qoruma nişanından istifadə etmək hüququ vardır:
--- dairəyə alınmış C latın hərfi;
--- mustəsna muəlliflik huquqlarının sahibinin adı (fiziki və hüquqi şəxs);
--- əsərin ilk dəfə dərc edildiyi il.

35. Şərikli əsərlərə müəlliflik hüququ (şərikli müəlliflik).

İki və ya daha çox şəxsin birgə əməyi ilə yaradılan əsərə müəlliflik hüququ (şərikli müəlliflik) həmin əsərin, ayrılmaz, bütöv və ya müstəqil əhəmiyyətə malik olan ayrı-ayrı hissələrdən ibarət olmasından asılı olmayaraq birlikdə şərik müəlliflərə məxsusdur.
Şərikli əsərlərdən istifadə hüququ bütövlükdə onu birgə yaratmış müəlliflərə məxsusdur.
Şərikli əsərin müstəqil əhəmiyyətli hissəsi həmin əsərin digər hissələrindən ayrıldıqda istifadə oluna bilərsə, mustəqil əsər kimi qəbul edilir.
Aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, şərikli əsərin müəlliflərindən hər birinin özünün müstəqil əhəmiyyət daşıyan hissəsindən öz istəyinə uyğun şəkildə istifadə etmək ixtiyarı vardır.
Şərik müəlliflər arasındakı münasibətlər onların razılığı ilə müəyyən edilir.

36. Tərcuməcinin, aranjeman edənin muəlliflik huququ.

Tərcuməcinin və digər torəmə əsər muəlliflərinin etdikləri tərcuməyə, dəyişməyə, aranjemana və digər yenidən işlənmələrə müəlliflik hüququ tanınır.
Tərcumə edilən, dəyişilən, aranjeman edilən, yaxud başqa cür yenidən işlənən əsərlərin müəlliflərinin hüquqları saxlanılmaqla, tərcüməçi və digər törəmə əsər müəllifi öz yaratdığı əsərə müəlliflik hüququndan istifadə edir.
Tərcuməcilərin və digər torəmə əsər muəlliflərinin muəlliflik huququ həmin əsərlərin başqa şəxslər tərəfindən tərcüməsinə və yenidən işlənməsinə mane olmur.

37. Audiovizual əsərlərin kütləvi numayişi zamanı musiqili əsər müəlliflərinin hansı hüquqları vardır?

Audiovizual əsərlərin kütləvi numayişi zamanı musiqili əsər müəllifinin öz əsərindən istifadəyə görə qonorar almaq hüququ vardır.

38. Muəllifin hansı hüquqları var?

Müəllifin öz əsərinə münasibətdə 2 növ hüququ var şəxsi və qeyri-şəxsi (əmlak) hüquqları.

39. Şəxsi (qeyri əmlak) hüquqlar hansılardır?

--- Əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik);
--- Əsərdən öz adı ilə, təxəllüsü ilə və yaxud adsız (anonim) istifadə etmək və bu cür istifadəyə icazə vermək huququ (ad huququ);
--- Əsərin mənasının dyişdirilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ);
--- İstifadədən kötürmək də daxil olmaqla,əsərin istənilən formada açıqlamaq və açıqlanmamasına icazə vermək hüququ (açıqlama hüququ);
--- Şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq, müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır.

40. İmtina hüququ.

Müəllif istifadəçiyə dəyən zərəri və qazanacağı gəliri ödəmək şərtilə əsərin açıqlanması haqqında əvvəllər qəbul edilmiş qərardan imtina edə bilər (imtina hüququ). Əgər əsər açıqlanmışdırsa, müəllif imtina barədə açıq çıxış etməlidir. Belə halda müəllifin həmin ana qədər hazırlanmış əsər nüsxələrini öz vəsaiti hesabına almaq ixtiyarı vardır.

41. Əmlak (iqtisadi) hüquqlar hansılardır?

Müəllifin və ya əsərə müəllif hüququnun digər sahibinin Azərbaycan Respublikası «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunda nəzərdə tutulan hallar istisna olmaqla əsərdən hər hansı formada və üsulla istifadə etmək hüququ vardır.
Əsərdən istifadəyə mustəsna huququqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağan etməyi bildirir:
9 Əsərin surətini çıxarmaq (surətçıxarma hüququ);
10 Əsərin nüsxələrini hər hansı üsulla yaymaq, satmaq, kirayə vermək və s. (yayma hüququ);
11 Əsərin nüsxələrini (o cumlədən müəllifin, yaxud da əsərə müstəsna müəlliflik hüquqları sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədilə idxal etmək (idxal hüququ);
12 Əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ);
13 Əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ);
14 Kütləyə çatdırılması məqsədilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ);
15 Əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə bildiriş hüququ);
16 kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və digər oxşar vasitələrlə) bildirişi (kütləyə çatdırmaq üçün kabellə kütləvi bildirişi);
17 əsəri tərcümə etmək (tərcümə hüququ);
18 Dəyişdirmək, aranjeman etmək və ya başqa formada yenidən işləmək (yenidən işləmək hüququ).

42. Müəlliflik hüququnun qüvvədə olma müddəti.

Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və Azərbaycan Respublikası «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla ölümündən sonra 50 il muddətində qüvvədə qalır.
Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Muəllifin vəfatından sonra onun şəxsi hüquqlarının qorunması bu Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

43. Anonim təxəllüs ilə dərc olunmuş əsərlərə müəlliflik hüququnun müddəti.

Anonim və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ həmin əsərin qanuni dərc edildiyi tarixdən 50 il müddətində qüvvədə qalır.
Əgər həmin əsərin müəllifi öz şəxsiyyətini açarsa və onun şəxsiyyəti sonradan şübhə doğurmazsa, ona Azərbaycan Respublikası «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunda 25-ci maddəsinin 1-ci bəndinin müddəaları tətbiq edilir.

44. Şərikli əsərlərə müəlliflik hüququnun qüvvədə olma müddəti.

Şərikli əsərə müəlliflik hüququ müəlliflərə bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 50 il muddətində qüvvədə qalır.

45. Müəllifin vəfatından sonra dərc olunmuş əsərlərə müəlliflik hüququnun qüvvədə olma müddəti.

Müəllifin vəfatından sonra 30 il müddətində ilk dəfə dərc edilmiş əsərə müəlliflik hüququ onun qanuni dərc edilmə tarixindən 50 il müddətində qüvvədə qalır.

46. Muəlliflik huquqlarının verilməsi və keçməsi.

Müəlliflik hüquqları müəllif müqavilələri üzrə verilir və vərəsəlik qaydasında keçir.

47. Vərəsəlik qaydasında müəlliflik hüququnun keçməsi.

Muəlliflik huququ vərəsəlik qaydasında qanun və ya vəsiyyətnamə üzrə keçir.
Muəllifin Azərbaycan Respulikası “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları vərəsəlik üzrə keçmir. Müəllifin vərəsələri şəxsi hüquqların qorunmasını həyata keçirə bilərlər. Vərəsələrin bu səlahiyyətləri müddətlə məhtudlaşdirilmır.

48. Hansı əsərlər ictimai varidata keçmiş əsərlər sayılır?

Əsərə müəlliflik hüququnun quvvədə olma müddəti qurtardıqda əsər ictimai varidata keçir.
Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmis sayılır.
Azərbaycan muəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri muvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər. Dövlət varidatı elan olumuş əsərlərdən istifadəyə görə hesablanan qonorar Azərbaycan Respublikasının dovlət budcəsinə kocurulur.

49. Əmlak hüquqları necə keçir?

Azərbaycan Respublikası «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər.
Mustəsna huquqların verilməsi haqqında müəllif müqaviləsi uzrə (mustəsna lisenziya) muəllif və ya muəlliflik huquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir.
Qeyri-mustəsna huquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (qeyri-müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyə razılıq almış başqa şəxslə bərabər istifadəyə icazə verir.
Muəllif muqaviləsi uzrə verilən huquqlar, muqavilədə başqa hal nəzərdə tutulmadıqda, qeyri-müstəsna hüquqlar olur.

50. Müəllif müqaviləsinin əsas şərtləri hansılardır?

Muəllif muqaviləsində aşağıdakılar müəyyən olumalıdır:
- əsərdən istifadə usulları (belə müqavilə üzrə verilən konkret hüquqlar);
- huquqların verildiyi müddət və ərazi;
- qonorarın məbləğlərinin və əsərdən istifadənin hər növünə görə qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları;
- odəniş qaydaları və müddəti, həmcinin tərəflərin muhum hesab etdikləri digər şərtlər.
Müəllif müqaviləsi yazılı şəkildə bağlanmalıdır.

51. Müqavilədə onun qüvvədə olma müddəti göstərilməmişsə müqavilə nə qədər qüvvədə qala bilər?

Müəllif müqaviləsində istifadənin müddəti haqqında şərt olmadıqda həmin müqavilə bağlandığı tarixdən 5 il keçəndən sonra müəllif tərəfindən pozula bilər, həm də istifadəçi müqavilənin pozulması haqqında 6 ay əvvəldən yazılı şəkildə xəbərdar edilməlidir.

52. Əgər müqavilədə ərazi göstərilməmişsə müqavilə hansı ərazidə etibardıdır?

Müəllif müqaviləsində ərazi haqqında şərt olmadıqda, müqavilə üzrə nəzərdə tutulan hərəkətlər Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılır.

53. Müqavilədə müəllif qonorarının miqdarı necə müəyyən edilir?

Müqavilədə qonorarın miqdarı faiz və ya şərti maliyyə vahidinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum miqdarından az olmamaq şərti ilə müəyyən edilir. Əgər əsərin və ya istifadanin növünə görə faiz və ya şərti maliyyə vahidinin miqdarını hesablamaq mümkün olmazsa, onda muqavilədə konkret məbləğ göstərilməklə və ya başqa şəkildə müəyyən edilir.
Əgər nəşriyyatla və digər surətçıxarma obyektləri ilə müqavilədə göstərilmiş məbləğ kimi nəzərdə tutulubsa, bu müqavilədə əsərlərin maksimal tirajı göstərilməlidir.

54. Müəllif müqaviləsi hansı formada bağlanılır?

Müəllif müqaviləsi yazılı şəkildə bağlanılmalıdır. Dövri nəşriyyatda əsərlərin istifadəsinə görə müəllif müqaviləsi şifahi şəkildə bağlanıla bilər.

55. Sifariş müqaviləsi nədir?

Müəllif-sifariş müqaviləsinə görə müəllif müqavilənin şərtlərinə uyğun şəkildə əsərləri yaradır və onu sifarişçiyə verir. Sifarişçi müəllifə müqavilədə nəzərdə tutulmuş şəkildə qonorardan avans verir. Avansın ödənilmə miqdarı, qaydası və müddəti tərəflərin razılığı ilə müqavilədə göstərilir.