AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYASI
ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI - fəsil III
MADDƏ 30. Əqli mülkiyyət hüququ
I. Hər kəsin əqli mülkiyyət hüququ vardır.
II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
«Musiqili Əsər Müəlliflərinin Əmlak Hüquqlarının İdarəçiliyi» İctimai Birliyi əqli mülkiyyət sahəsində musiqili əsər müəlliflərinin müəlliflik hüquqlarının reallaşdırılması və qorunması məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatıdır. Birlik öz fəaliyyətində könüllülük, üzvlərinin hüquq bərabərliyi, demokratik idarəçilik prinsiplərini əsas götürür.
Birliyin əsas funksiyaları:
üzvlük və ya müqavilə əsasında müəlliflərin və ya hüquq sahiblərinin əmlak hüquqlarının təmin edilməsi məqsədilə bu hüquqların kollektiv əsasda idarəçiliyi;
musiqili əsər müəlliflərinə və ya hüquq sahiblərinə fərdi əsaslarla əmlak hüquqlarının verilməsinə hüquqi yardım göstərilməsi;
dövlət orqanlarında, məhkəmə və hüquq-mühafizə orqanlarında, digər müəssisə və təşkilatlarda müəlliflərin və ya huquq sahiblərinin qanuni maraqlarının təmsil edilməsi.
Birliyin əsas hüquqları:
idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir;
lisenziya verilən hallarda və liseziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda istifadəçilərlə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır;
lisenziya üzrə və ya lisenziya vermədən yığımı ilə məşğul olduğu qonorarı yığır;
yığılmış qonorarı müəllif və ya müəllif-hüquq sahibləri arasında bölüşdürür və ödəyir;
müəlliflik hüquqlarını pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb edir;
müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarəçiliyini həyata keçirən Azərbaycan və xarici ölkələrin təşkilatları ilə maraqların qarşılıqlı təmsilçiliyi və müəlliflik hüququnun qorunması iləbağlı müqavilələr imzalayır;
və sair.
«Musiqili Əsər Müəlliflərinin Əmlak Hüquqlarının İdarəçiliyi» İctimai Birliyi 31 mart 2004-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Dövlət qeydiyyatı haqqında ŞƏHADƏTNAMƏ № 1104-Q2-1533.
|